Azərbaycanda COVID-19-a yoluxma sayında kəskin azalma

Aktual

14.03.2022 - 15:39

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 53 nəfər koronavirusa yoluxub, 7 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb,168 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 790 820 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlarda779 585 nəfər müalicə olunaraq sağalıb, 9 618 nəfər vəfat edib, aktiv xəstə sayı 1 617 nəfərdir.

Ölkədə son sutka ərzində 2 437, hazırkı dövrədək isə 6 635 319 test aparılıb.

Qeyd edək ki, ötən sutka ölkəmizdə 192 nəfər koronavirusa yoluxmuşdu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş