Azərbaycanda COVID-19-a sutkalıq yoluxma və ölüm sayı azaldı

Aktual

18.02.2022 - 16:34

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 3817 nəfər koronavirusa yoluxub, 25 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3817 yeni yoluxma faktı qeydə alınıb, 7541 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 768 019 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 720 865 nəfər müalicə olunaraq sağalıb, 9182 nəfər vəfat edib, aktiv xəstə sayı 37 972 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 451, ötən müddət ərzində isə ümumilikdə 6 459 513 test aparılıb.

Qeyd edək ki, ötən sutka 4 449 nəfər virusa yoluxub, 30 nəfər xəstəlikdən dünyasını dəyişmişdi. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş