Azərbaycanda COVID-19-a sutkalıq yoluxma sayı kəskin azaldı

Aktual

24.10.2022 - 18:44

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 5 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 822 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 677 nəfər müalicə olunaraq sağalıb, 9 937 nəfər vəfat edib, aktiv xəstə sayı 345 nəfərdir.

Ölkədə son sutka ərzində 1 345, hazırkı dövrədək isə 7 307 057 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş