Azərbaycanda COVID-19-a sutkalıq yoluxma sayı açıqlanıb

Aktual

20.04.2021 - 16:37

Həkimlər Klinikalar SEO Xidməti

Bir gündə 2197 nəfər koronavirusa yoluxub, 34 nəfər vəfat edib

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2197 yeni yoluxma faktı qeydə alınıb, 1946 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4203 nəfər vəfat edib, aktiv xəstə sayı 32170 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 777, ötən müddət ərzində isə ümumilikdə 3 128 656 test aparılıb.

Azərbaycanda bir gündə 2197 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş