“Buster” doza üzrə vaksinasiya olunanların sayı 1 milyon 248 min 508 təşkil edir
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27321 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3158, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3611, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 20552 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 11017859, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5134947, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4634404, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 1248508 təşkil edir.