Azərbaycanda bir gündə 21 nəfər COVID-19-dan vəfat edib

Aktual

25.10.2021 - 16:34

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada 1477 nəfər koronavirusa yoluxub, 628 nəfər müalicə olunaraq sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 477 yeni yoluxma faktı qeydə alınıb, 628 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 517 802 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 485 232 nəfər müalicə olunaraq sağalıb, 6 915 nəfər vəfat edib, aktiv xəstə sayı 25655 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 183, ötən müddət ərzində isə ümumilikdə 5 117 481 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş