Bütün kütləvi tədbirlər qadağandır
Azərbaycanda sentyabrın 15-də məktəblərdə əyani şəkildə “Bilik günü” keçirilməyəcək.
AYNA xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib. O, qeyd edib ki, məktəblərdə pandemiya səbəbindən bütün kütləvi tədbirlər qadağandır.
Qeyd edək ki, sentyabrın 15-də ölkəmizdə tədris bərpa olunur. Tədris pandemiya dövrünün qaydalarına əsasən həyata keçiriləcək.