Azərbaycana yaz fəsli daxil olub

Xəbərlər

21.03.2023 - 11:13

Gecə ilə gündüz bərabərləşib

Azərbaycana yaz fəsli daxil olub. AYNA xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Qeyd olunub ki, bu il yaz fəsli Azərbaycana 21 mart saat 01:24-də daxil olub.

Bu zaman gecə ilə gündüz bərabərləşib. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçib. Həmin andan etibarən şimal yarım kürəsində yaz fəsli başlayıb.

Qeyd edək ki, şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-nə qədər davam edəcək.

Müəllif: Ayna.az