Azərbaycana yatırılan xarici investisiyaların həcmi açıqlanıb

İqtisadiyyat

06.10.2021 - 12:38

Həkimlər Klinikalar SEO Xidməti

Nazir: “Son vaxtlar alternativ energetikaya xarici investorların marağı artıb”

“Azərbaycanda sənaye zonalarında bütün istehsalın həcmi 4,3 milyard manatdan çox olub”. AYNA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, qoyulan sərmayələrin həcmi isə 6,1 milyard manat olub: “Son onilllikdə ölkə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar cari və gələcək dövrlərdə iqtisadi artımın mühüm amillərindən biri olub. Bu dövr ərzində ölkəyə cəlb edilmiş birbaşa xarici investisiyaların toplam həcmi 57 milyard ABŞ dolları təşkil edib”.

Nazir vurğulayıb ki, son vaxtlar alternativ energetikaya xarici investorların marağı artıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş