Ekpsertdən həyəcan təbili"/>

"Azərbaycana aid qızıl ehtiyatı ölkədə saxlanılmalıdır, əks halda..." - <font color=red> Ekpsertdən həyəcan təbili</font>

İqtisadiyyat

07.08.2019 - 10:06

"Mərkəzi Bank və Dövlət Neft Fondu bu barədə daim məlumat verməlidir”

 

Xəbər veridiyimiz kimi, Ümumdünya Qızıl Şurası (World Gold Council) Azərbaycanın bu ilin fevral ayında rəsmi qızıl ehtiyatlarının geri qalan 18 tonunu da satdığı haqqında məlumat yayıb. Şuranın avqustun 1-də yenilədiyi dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistik hesabatına görə, Azərbaycan qlobal reytinqdə yer almayıb. Məlumatda deyilir ki, Azərbaycan 2016-cı ilin sentyabr ayından etibarən qızıl ehtiyatını satmağa başlayıb. Belə ki, sentyabr ayında satış həcmi 1 ton, oktyabrda 4,2 ton, noyabrda 3 ton, dekabr ayında 2 ton, cari ilin yanvarında 2 ton və fevralda isə 18 ton təşkil edib. Beləliklə, Azərbaycan 6 ay ərzində bütün qızıl ehtiyatlarını satıb.

 

Maraqlıdır ki, Ümumdünya Qızıl Şurasının bu məlumatı həqiqəti nə dərəcədə əks etdirir? Əgər həqiqətdirsə, ölkəyə hansı ziyanları vura bilər? Yox, həqiqəti əks etdirmirsə, açıqlanan rəqəmlər haradan qaynaqlanır? AYNAnın əməkdaşının məsələ ilə bağlı suallarına iqtisadçı ekspert Əkrəm Həsənov aydınlıq gətirib.

 

Əkrəm Həsənov bildirib ki, Ümumdünya Qızıl Şurasının statistikası Mərkəzi Bankların qızıl ehtiyatlarını əhatə edir: “Ola bilər ki, Məkəzi Bankda olan qızıl ehtiyatlarımızı Neft Fonduna vermişik. Ona görə də 2018, 2019-cu illərdə artıq həmin siyahıda olmamışıq”.

Image result for əkrəm həsənov

İqtisadçı qızıl ehtiyatının dövlətlər üçün əhəmiyyətindən də danışıb: “Dünyanın ən vacib maliyyə aktivi pullar deyil, qızıldır. Çünki qızılın dəyəri həmişə olub. Pullara onları çap edən dövlətlərə görə inanırıq, sabah həmin dövlət zəifləsə, pullar da dəyərini itirəcək. Qızıl isə həmişə dəyərdədir. Təbii ki, dünyada baş verən maliyyə hərəkətlərindən asılı olaraq qızılın qiyməti qalxır və ya düşür. Ona görə də bütün dövlətlər qızıl ilə alış-veriş edir. Bu dəqiqə dünyada hökm sürən kağız pullarla olan valyutalar modeli əvvəl-axır dağılacaq. Bu sistemin də 50 illik tarixi olub. Kağız pulun arxasında qızıl durub. Bir müddət sonra bu sistem dağılacaq. Kağız pul valyutasını da ona görə qurublar ki, varlı ölkələr daha da varlansın, kasıblar isə daha da müflisləşsin”.

 

“Burada əsas o deyil ki, indi Azərbaycanın qızılı yoxdur. Əsas odur ki, kağız pul sistemi dağılanda hansı dövlətdə daha çox qızıl ehtiyatı olacaq. Bizim üçün də vacib olan odur ki, həmin anda qızılımız olsun. Biz balaca ölkəyik, ona görə də bizdən asılı olmayan səbəblər var. Hətta kağız valyutasının dağılma sistemini də öncədən bilməyimiz mümkünsüzdür”, - deyə ekspert əlavə edib.

 

Əkrəm Həsənovun fikrincə, yaxşı olar ki, Azərbaycana aid qızıllar ölkəmizdə saxlansın: “Azərbaycanın çox qızıl ehtiyatı xaricdə saxlanılır. Bu da çox təhlükəlidir. Sabah qlobal problem olsa, əminlik var ki, həmin qızılları bizə qaytaracaqlar?! Əlbəttə, yox. Düşünürəm ki, bu məsələyə ictimai nəzarət vacibdir. Dövlətin müvafiq qurumları, Mərkəzi Bank və Dövlət Neft Fondu bu barədə bizə daim məlumat verməlidir”.

 

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu “ARDNF” Ümumdünya Qızıl Şurasının məlumatı ilə bağlı açıqlama verib. Bildirilib ki, məlumat həqiqəti əks etdirmir: “Ümumilikdə 30,2 ton qızıl alınıb. Alınmış qızıl Azərbaycana gətirilib və  saxlanması üçün Azərbaycan Mərkəzi Bankında yerləşdirilib. Ötən ildən etibarən qızılın ehtiyatda saxlanılması üçün AMB-nin xəzinəsindən hissə-hissə ARDNF-in xəzinəsinə köçürülməsinə başlanılıb. Fondun qızıl ehtiyatlarını satması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Hazırda Fond tərəfindən qızıl ehtiyatlarının satılması nəzərdə tutulmur".

Müəllif: Təranə Xudabaxşiyeva