Azərbaycana qaytarılan Bağanis Ayrım kəndindən FOTOLAR

Aktual

23.04.2024 - 17:21

Ermənilər Qazaxın viran etdikləri kəndindən görüntülər yayıblar

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. AYNA xəbər verir ki, erməni mediasında yayılan kadrlarda işğaldan azad edilən Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub.

Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasını əks etdirən görüntülər də ortaya çıxıb. Ermənistanın bir sıra mətbuat orqanlarında “Azərbaycanın irəliləyişi adi gözlə görünəcək həddədir” kimi informasiyalara yer verilsə də, hələlik hər hansı bir ərazinin təhvil verilməsinə dair rəsmi məlumat yoxdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin məlumatına əsasən, 2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb.

Azərbaycana qaytarılan Bağanis Ayrım kəndindən Azərbaycana qaytarılan Bağanis Ayrım kəndindən Azərbaycana qaytarılan Bağanis Ayrım kəndindən Azərbaycana qaytarılan Bağanis Ayrım kəndindən Azərbaycana qaytarılan Bağanis Ayrım kəndindən
Müəllif: Ayna.az