Düşmən alayının taboru məhv edildi - RƏSMİ

Aktual

21.10.2020 - 10:55

Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ararat şəhərinə qayıdıb

 

Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib. AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, təqribən 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarılıb. Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıdıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə