“Qırmızı Körpü”də iki “DAF” markalı yük nəqliyyat vasitələri saxlanılıb
Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə dərman preparatlarının, avto-ehtiyyat hissələrinin və kosmetik məhsulların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə AYNA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, Baş İdarənin “Qırmızı Körpü” gömrük postunda iki ədəd “DAF” markalı yük nəqliyyat vasitələri saxlanılıb və gömrük baxışı keçirilib.
Yoxlama zamanı avtomobillərin saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 2645 ədəd müxtəlif adda dərman preparatı, 441 ədəd dərman vasitəsinin istifadə təlimatı, həmçinin 53 ədəd müxtəlif avto-ehtiyyat hissələri və 19 ədəd kosmetik məhsullar aşkar edilib.