“Xəbər bizi dərindən kədərləndirdi”
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib. AYNA xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"Qardaş Türkiyənin Bolu vilayətində "Kartalkaya" dağ-xizək kurortunda mehmanxanada yanğın zamanı insanların həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına, dost və qardaş Türkiyəyə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik", - deyə paylaşımda qeyd olunub.