Azərbaycan XİN Ermənistana cavab verib

Siyasət

05.07.2023 - 23:35

Həkimlər Klinikalar SEO Xidməti

Ayxan Hacızadə: "Azərbaycan heç vaxt beynəlxalq platformalardan sui-istifadə etməyib"

"Ermənistan Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uğurlarına həsəd aparır".

AYNA xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə Ermənistan XİN-in sözçüsü Ani Badalyanın bəyanatına münasibət bildirərkən deyib.

"Ermənistandan fərqli olaraq, Azərbaycan heç vaxt beynəlxalq platformalardan sui-istifadə etməyib və həmişə beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə riayət olunmasının tərəfdarı olub", - A.Hacızadə qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş