Ukrayna ilə Rusiya arasında razılıq əldə olunub

Siyasət

17.07.2019 - 08:10

“Normand dördlüyü” ölkələri liderlərinin xarici siyasət üzrə müşavirləri bir ay ərzində Ukrayna və Rusiya arasında hərbi əsirlərin mübadiləsini həyata keçirməklə bağlı razılığa gəliblər. AYNA axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezident administrasiyasının rəhbərinin müavini Vadim Pristayko bildirib.

 

Onun sözlərinə görə, döyüşlərin dayandırılması, Luqansk və öncədən razılaşdırılmış daha iki ərazinin minadan təmizlənməsi ilə də bağlı razılığa gəlinib.

 

Qeyd edək ki, “Normand dördlüyü” ölkələrinin dövlət başçılarının müşavirlərinin görüşü iyulun 12-də Fransanın paytaxtı Parisdə keçirilib.

Müəllif: Ayna.az