Azərbaycan XİN Çilidəki meşə yanğınlarında həlak olanlarla bağlı başsağlığı verib

Siyasət

05.02.2024 - 23:28

Həkimlər Klinikalar SEO Xidməti

Nazirlik: "Çili xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik"

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilidəki meşə yanğınlarında həlak olanlarla bağlı başsağlığı verib.

AYNA xəbər verir ki, bu barədə XİN-in "X" səhifəsində paylaşım edilib.

"Çilidə baş vermiş meşə yanğınlarında ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu böyükmiqyaslı faciə ilə mübarizə aparan Çili xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik", - paylaşımda deyilir.

Qeyd edək ki, Çilinin Valparaiso regionunda baş verən meşə yanğınları nəticəsində azı 122 nəfər ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş