Azərbaycan XİN başçısı Türkiyəyə gedib

Siyasət

17.06.2021 - 14:59

Həkimlər Klinikalar SEO Xidməti

Ceyhun Bayramovun bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulur

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb. Bu barədə AYNA-ya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda çıxışı, habelə həm Türkiyə tərəfinin rəsmiləri, həm də Forumda iştirak edən xarici nümayəndələr ilə çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş