Təlimlərdə iki ölkənin SAT və SAS bölmələri iştirak edəcək
Azərbaycan və Türkiyə dəniz qüvvələri birgə hərbi təlim keçirəcəklər. AYNA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
Bildirilib ki, təlimlər 18-29 noyabr tarixləri arasında keçiriləcək.
Vurğulanıb ki, təlimlərdə iki ölkənin Sualtı Hücum (SAT) və Sualtı Müdafiə (SAS) bölmələri iştirak edəcək.
“Təlimlərin Muğlada keçirilməsi planlaşdırılır”, - deyə bildirilib.