Prezidentlərin iştirakı ilə anlaşma memorandumları imzalanıb
İyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə iki ölkə arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib.
AYNA.AZ xəbər verir ki, tədbir çərçivəsində Şuşa ilə Qırğızıstanın Çolpon-Ata, Qəbələ və Karakol, eləcə də Gəncə ilə Oş arasında əməkdaşlıq və qardaşlaşmış şəhər münasibətlərinin qurulması üçün anlaşma memorandumları imzalanıb.