"2025-ci ildə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq”
Azərbaycan və NATO 2025-ci ildə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
AYNA xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında missiyasının rəhbəri Cəfər Hüseynzadə sosial şəbəkədə yazıb.
“Alyansın baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Boris Ruge ilə görüşmək çox xoş idi. Biz “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı ilə bağlı səmərəli müzakirə apardıq. 2025-ci ildə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq”, – diplomat yazıb.