Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub

Xəbərlər

30.03.2026 - 23:44

Nazirlər ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıb

30 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi arasında telefon danışığı baş tutub. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, telefon danışığı zamanı daha da gərginləşməkdə olan regional vəziyyətdən dərin narahatlıq ifadə olunub.

Bölgədə hərbi toqquşmaların tezliklə dayandırılması istiqamətində diplomatik səylərin artırılmasının vacibliyi vurğulanıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş