Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub

Xəbərlər

31.10.2022 - 01:27

Nazirlər regionda son zamanlar yaranmış vəziyyət barədə fikir mübadiləsi aparıblar

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Bu barədə AYNA-ya Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Nazirlər regionda son zamanlar yaranmış vəziyyət, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş