A PHP Error was encountered

Severity: Warning

Message: chmod(): No such file or directory

Filename: drivers/Cache_file.php

Line Number: 106

Backtrace:

File: /home/aynaaz/public_html/application/helpers/post_helper.php
Line: 159
Function: save

File: /home/aynaaz/public_html/application/core/Core_Controller.php
Line: 176
Function: set_cache_data

File: /home/aynaaz/public_html/application/controllers/Home_controller.php
Line: 7
Function: __construct

File: /home/aynaaz/public_html/index.php
Line: 329
Function: require_once

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olub - Ayna.az

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü olub

Siyasət

11.11.2021 - 07:47

Görüşlərdə Anjey Kaspşik də iştirak edib

10 noyabr 2021-ci il tarixində YUNESKO-nun Baş Konfransında iştirak məqsədi ilə Parisə səfəri çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Bris Rökföy və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Görüşlərdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.

Görüşlərdə bölgədə yaranmış yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş