Görüş bu gün İrəvanda keçiriləcək
Bu gün İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçiriləcək.
AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzindən qeyd edilib.
Bildirilib ki, tədbir zamanı avqustun 8-də Vaşinqtonda keçirilən görüşün nəticələri əsasında formalaşan sülh gündəliyi, iki cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün tədbirlər, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın inkişafı yolları və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq.