Azərbaycan Ukraynaya humanitar yardım göndərib

Xəbərlər

08.12.2023 - 10:55

Həkimlər Klinikalar SEO Xidməti

Elektrik avadanlıqlarının növbəti hissəsi bu gün göndərilib

Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi bu gün göndərilib. AYNA xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Sumqayıt Texnologiyalar Parkının ərazisindən 20 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 551 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 6 ədəd komplekt transformator məntəqəsi daxildir.

Xatırladaq ki, ümumi məbləği 7,6 milyon ABŞ dolları olan sözügedən humanitar yardımın ilk hissələri cari ilin 30 oktyabr və 21 noyabr tarixlərində Ukraynaya göndərilib. Növbəti hissələrin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş