Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinləri görüşəcək

Siyasət

21.05.2022 - 14:36

Həkimlər Klinikalar SEO Xidməti

Baş nazirin müavini Üçtərəfli İşçi Qrupunun növbəti görüşünün tarixinin yaxın vaxtlarda razılaşdırılacağına əmin olduğunu bildirib

Rusiya Federasiyası, Ermənistan və Azərbaycanın nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrupu məhsuldardır. AYNA xəbər verir ki, bunu "RİA Novosti"yə müsahibəsində Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Onun sözlərinə görə, tərəflər bir sıra məsələlərdə konsensusa gələ biliblər, lakin fikir ayrılıqları da var.

“Ermənistan, Azərbaycan və Rusiya Baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupun fəaliyyəti birmənalı olaraq məhsuldardır. Alt qrupların ekspertləri çox iş görüb. Konsensuslar var, lakin bununla fikir ayrılıqları da var. Hansı ki, görüşlərimiz zamanı həll yollarını tapmağa çalışırıq”, - deyə Qriqoryan vurğulayıb.

Ermənistan Baş nazirinin müavini Üçtərəfli İşçi Qrupunun növbəti görüşünün tarixinin yaxın vaxtlarda razılaşdırılacağına əmin olduğunu bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş