Azərbaycan - Rusiya arasında aviareyslər bu gün bərpa edilir

Xəbərlər

15.02.2021 - 09:14

Aviaşirkətləri Moskva-Bakı marşrutu ilə həftədə iki uçuş həyata keçirə biləcəklər

 

Bu gündən etibarən Rusiya Azərbaycanla müntəzəm aviareysləri bərpa edir. AYNA qonşu ölkə mediasına istinadən bildirir ki, qərar 3 fevral tarixində Rusiyanın Baş naziri tərəfindən imzalanıb.

 

Hər iki ölkənin aviaşirkətləri Moskva-Bakı marşrutu ilə həftədə iki uçuş həyata keçirə biləcəklər. Rusiyanın “Aeroflot” aviaşirkəti ötən həftə bildirib ki, fevralın 17-dən etibarən Bakıdan həftədə iki uçuş həyata keçirməyi planlaşdırır.

 

Qeyd edək ki, pandemiya səbəbindən ölkələr arasında aviauçuşlar keçən ilin martından dayandırılıb.

Müəllif: Ayna.az