Azərbaycan Prezidentinin Berlində qarşılanma mərasimi olub

Xəbərlər

26.04.2024 - 14:41

İlham Əliyevin Olaf Şolts ilə təkbətək görüşü keçirilib

Berlində işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsla təkbətək görüşü keçirilib.

AYNA xəbər verir ki, Olaf Şolts Azərbaycan Prezidentini Almaniya Kanslerinin Ofisi qarşısında qarşılayıb.

Azərbaycan Prezidenti və Almaniya Kansleri foto çəkdiriblər.

Daha sonra Prezident İlham Əliyevin Almaniya Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib.

Azərbaycan Prezidentinin Berlində qarşılanma mərasimi olub
Müəllif: Ayna.az