Azərbaycan Prezidenti ukraynalı həmkarına başsağlığı verib

Xəbərlər

08.01.2020 - 16:07

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev: “Sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskiyə başsağlığı məktubu ünvanlayıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

 

“Hörmətli cənab Prezident,

 

Tehran şəhəri yaxınlığında Ukrayna Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

 

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş