Azərbaycan Prezidenti: "Bu gün Rusiya bizim əsas tərəfdaşımızdır"

Siyasət

22.02.2022 - 21:47

Həkimlər Klinikalar SEO Xidməti

Prezident danışıqların yekununa dair mətbuat konfransında çıxış edib

“Azərbaycan Ermənistanla münasibətləri normallaşdırma istiqamətində Rusiyanı özünün əsas tərəfdaş hesab edir”.

AYNA xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

“Vladimir Vladimiroviç Putin Qarabağda müharibənin dayandırılmasında, nizamlanmanın siyasi nizamlanma mərhələsinə keçirilməsində mühüm rol oynayıb və bu gün Rusiya iki ölkə arasında münasibətlərin normallaşdırılması yollarının tapılmasında bizim əsas tərəfdaşımızdır”, -Azərbaycan Prezidenti bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş