Azərbaycan Premyer Liqasının oyununda insident

İdman

08.02.2020 - 21:43

Üç oyunçuya sarı vərəqə göstərilib

 

"Kapital Bank Arena"da "Sumqayıt" və "Zirə" arasında keçirilən Azərbaycan Premyer Liqasının XVI tur matçında futbolçular arasında münaqişə baş verib.

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, insident 37-ci dəqiqədə qonaq komandadan İlkin Muradovun yerli futbolçu Əmir Ağayevi top uğrunda mübarizə zamanı sifətinə zərbə endirməsindən sonra yaranıb. Baş hakim Orxan Məmmədov Muradova ikinci sarı vərəqəni verərək, meydandan qovub.

 

Hadisə yerinə digər futbolçular və texniki zonadakılar da özlərini çatdırıblar. Nəticədə onlar arasında kütləvi toqquşma baş verib. Bu zaman "Zirə"nin kapitanı Cavid Hüseynov, eləcə də Əmir Ağayev və Peyman Babayi xüsusi "fəallıq" göstəriblər.

 

Bir neçə dəqiqədən sonra ara sakitləşib. Referi hər üç oyunçuya sarı vərəqə göstərib.

 

Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1.

Müəllif: Ayna.az