Oyunun İspaniyada keçirilməməsinə koronavirus pandemiyasının Britaniya ştammı səbəb olub
Avrokubokların daha bir oyununun yeri dəyişdirilib. AYNA-nın məlumatına görə, Avropa Liqasının 1/16 final mərhələsinin “Real Sosyedad” – “Mançester Yunayted” qarşılaşması İtaliyada təşkil olunacaq.
Fevralın 18-dəki ilk görüş Turində baş tutacaq. Oyunun İspaniyada keçirilməməsinə koronavirus pandemiyasının Britaniya ştammı səbəb olub. Bu ölkəyə yeni virusla bağlı məhdudiyyətlər qoyulduğundan İngiltərə klubu Pireney təmsilçisinə buraxılmır.
Qeyd edək ki, cavab oyunu fevralın 25-də Mançesterdə keçiriləcək.