Azərbaycan Ordusunun əsgərini ildırım vuraraq öldürüb

Xəbərlər

24.05.2023 - 11:20

Nazirlik hərbçinin ölümü ilə bağlı məlumat yayıb

"Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində  (ildırım vurması) vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik".

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır. 

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda bildirilib.

Müəllif: Ayna.az