Azərbaycan “OPEC+”un xam neft hasilatı ilə bağlı qərarını dəstəkləyib

İqtisadiyyat

05.06.2023 - 08:57

“OPEC+”un növbəti görüşü 2023-cü ilin 26 noyabr tarixinə təyin edilib

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 35-ci iclasında “Əməkdaşlıq Bəyannaməsi” ölkələrinin 2024-cü il üçün gündəlik ümumi xam neft hasilatının səviyyəsini tənzimləyən qərar qəbul olunub. Razılaşmaya uyğun olaraq gələn il gündəlik xam neft hasilatı “OPEC plus” üzrə 40,46 milyon barrel, Azərbaycan üçün 551 min barrel həcmində müəyyən edilib. AYNA xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.

“OPEC+”un yeni qərarını şərh edən energetika naziri Pərviz Şahbazov bildirib ki, “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üçün əsas məqsəd neft bazarında ümumi mənafeyə xidmət edən balansa nail olmaq və neft sektorunun inkişafına mənfi təsir göstərən volatilliyin qarşısını almaqdır. “Hesab edirəm ki, OPEC və qeyri-OPEC ölkələrinin bu qərarı da neft bazarına zəruri dəstəyi təmin edəcək.”

 “OPEC+”un növbəti görüşü 2023-cü ilin 26 noyabr tarixinə təyin edilib.

Müəllif: Ayna.az