Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı

İqtisadiyyat

08.07.2022 - 11:48

Həkimlər Klinikalar SEO Xidməti

“Azeri Light”ın qiyməti 5 dollardan çox artıb

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,07 dollar artaraq 105,72 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,58 dollar bahalaşaraq 103,31 dollar olub.

Azərbaycan neftinin də qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 5,11 dollar artaraq 119,72 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş