Mərkəzi Bankın valyuta ehtiyatları artıb

İqtisadiyyat

02.03.2021 - 15:08

Bankın valyuta ehtiyatları martın 1-nə 6 milyard 367,6 milyon ABŞ dolları olub

 

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

 

Mərkəzi Bankdan AYNA-ya bildirilib ki, AMB-nin valyuta ehtiyatları martın 1-nə 6 milyard 367,6 milyon ABŞ dolları olub. Bu göstərici ötən ayın eyni dövrü ilə müqayisədə 2,4 milyon dollar çoxdur.

Müəllif: Ayna.az