Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşıb

İqtisadiyyat

02.03.2024 - 10:54

Neftin qiymətində artım qeydə alınıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,17 ABŞ dolları, yaxud 2,5 % artaraq 89,68 ABŞ dolları təşkil edib.

AYNA xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 83,55 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az