Neftin qiyməti ucuzlaşıb

İqtisadiyyat

26.01.2021 - 11:42

“Azeri Light” neftinin bir barreli 55,83 dollara satılır

 

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,42 dollar geriləyərək 55,46 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,39 dollar ucuzlaşaraq 52,38 dollar olub.

 

Azərbaycan neftinin qiyməti də ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,22 dollar ucuzlaşaraq 55,83 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az