Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır

İqtisadiyyat

12.01.2022 - 14:54

Həkimlər Klinikalar SEO Xidməti

Dünya bazarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,08 dollar azalaraq 83,64 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,06 dollar bahalaşaraq 81,28 dollar olub.

Azərbaycan neftinin qiyməti bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,21 dollar artaraq 86,88 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş