Sabahdan Azərbaycanda benzin ucuzlaşacaq

İqtisadiyyat

12.03.2020 - 23:50

Aİ-95 markalı benzinin qiyməti 1,20 manat təşkil edəcək

 

Sabahdan respublikada benzin ucuzlaşacaq.

 

AYNA "Report"a istinadən xəbər verir ki, saat 00:00-dan ölkə ərazisində Aİ-95 markalı benzinin qiyməti 1,20 manat təşkil edəcək. Aİ-98 markalı benzin isə 1,40 manat olacaq.

 

Qeyd edək ki, hazırda Aİ-95 markalı benzinin qiyməti 1,50 manat, Aİ-98 markalı benzinin qiyməti isə 1,60 manatdır.

Müəllif: Ayna.az