Dünya bazarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib
Dünya birjalarında neftin qiymətləri müxtəlif istiqamətlərdə dəyişib. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,53 dollar ucuzlaşaraq 76,32 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,03 dollar bahalaşaraq 73,79 dollar olub.
Azərbaycan neftinin qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,79 dollar artaraq 79,24 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.