Deputat Rüfət

İqtisadiyyat

01.12.2020 - 19:00

Ölkənin gələcək iqtisadi perspektivinin zənginliyi- Deputatdan açıqlama

 

Hakimiyyət nümayəndələri işğaldan azad edilmiş ərazilərin bərpa olunacağı barədə ard-arda açıqlamalar verirlər. Pandemiya və ardınca da müharibə xərclərilə üzləşmiş ölkənin iqtisadi durumu buna imkan verirmi? Bərpa proses nə qədər zaman ala bilər? Millət vəkili, iqtisadçı Rüfət Quliyevlə bu haqda danışdıq.

- Rüfət bəy, Azərbaycan büdcəsində işğaldan azad olunmuş əraziləri bərpa etmək üçün kifayət qədər vəsaitimiz varmı?

- İşğaldan azad olunmuş əraziləri bərpa etmək üçün vəsaitimiz də var, amma hələ ki, biz büdcəni almamışıq. Bizdə adətən noyabrın 13 və 15 aralığında büdcə gəlir və müzakirə olunur. Amma indi məlum səbəblərlə əlaqədar bu məsələ bir qədər gecikir.Təbii ki, bu ərazilərin bərpası və inkişafı ilə əlaqədar birmənalı olaraq bunun üçün büdcədən pul ayrılacaq. İlk növbədə infrastruktur, kommunal xətlər,yollar- dəmiryolu, avtomobilyolları proqramlı şəkildə yaradılmalıdır. Hətta bu proqramların bir çoxu hazırdı. Necə sosial, iqtisadi inkiaşla bağlı region proqramları varsa, Qarabağ regionuna aid də  xüsusi proqramlar olacaq. Təbii ki, həmin proqramın içərisində hər nazirliyə verilən tapşırıqla bağlı da proqramlar hazırlanacaq.Həmin proqramlar təsdiq olunacaq, smetaya görə,vəsait ayrılacaq. Həmin vəsaitlə proqram şəklində bütün bu işlər həyata keçiriləcək. Bildiyiniz kimi, artıq yolların salınmasına da başlanılıb. Enerji xətləri çəkilir. Alternativ enerjinin inkişafı da nəzərdə tutulur. Aldığım məlumata görə, xırda elektrostansiyalar qurulacaq ki,dağ tərəflərdə olan çaylarda qurulacaq ki, o tərəflərdə olan 10-15 kəndi elektrik enerjisi ilə təmin edəcək.

- Bərpa prosesi nə qədər müddət ərzində başa çata bilər?

- Bərpa prosesinin müddətini proqnozlaşdırmaq çox çətindir. Ən azı birinci il biz bütün infrastrukturu tikib qutarmalıyıq. Orda da hamımız şahidi olduq ki, ermənilər əlindən gələni etdilər ki,Sovet vaxtı tikilən infrastrukturu darmadağın etdilər. Həm də bunu vəhşicəsinə etdilər. Bir hissəsini yandırdılar, bir hissəsini söküb özləri ilə apardılar. Ona görə də ən azı bir il ərzində biz infrastruktur məsələləri həll etməliyik. Daha sonra planlı şəkildə, proqram formasında hamsı həyata keçiriləcək. Biz Qarbağ regionun iqtisadi inkişafını tam təmin edəcəyik. Bunun üçün bizim kifayət qədər imkanımız var

- Torpağı yenidən məhsuldar hala gətirmək və kənd təsərrüfatını inkişaf etdirmək üçün hansı addımlar atıla bilər?

- Kənd təsərrüfatı ilə məşğul olmaq üçün bizim üçün ən önəmli məsələlərdən biri də torpaqla bağlıdır. Bunun üçün xüsusi mütəxəssislər baxış keçirməli olacaqlar. Həmin xüsusi baxışdan sonra planlar qurulacaq. Ənənəvi məhsullar da var. Məsələn Ağdam rayonunda pambıqçılıq, digər rayonlarda tütünçülük,meyvə bağları, bostançılıq kimi sahələr vaxtilə orda inkişaf edib və hamısının da inkişaf etdirilməsi nəzərdə tutulub.Kiçik və iribuynuzlu heyvandarlıq da inkişaf etdirilməlidir. Çünki orada otlaq yerlərimiz çoxdur.  Min hektarlarla otlaq sahələrimiz var. SSRİ vaxtında nə olubsa, onlar da bərpa olunacaq. Biz hamsını tələsmədən, proqram şəklində elə quracağıq ki, insanlar üçün normal formada şərait yaradılsın. Birinci növbədə minalardan təmizlənmə işləri həyata keçirilir. Yəni torpaqlar, yollar minalardan tam azad olunmalıdır, istehkamlar dağıdılmalıdır,Artıq onlara heç bir ehtiyac yoxdur. Yararlı olan istehkamlardan istifadə olunacaq, lazım olmayanlar dağıdılacaq.

- Bu işlərin görülməsi həm də yeni iş yerlərinin yaradılması deməkdir. Daha çox hansı sahələrdə işçi qüvvəsinə ehtiyac ola bilər?

- Təbii ki, bəlkə də yüzminlərlə yeni iş yerləri açılacaq. Bizim üçün daha vacib, sosial məsələləri nəzərə alaraq kənd təsərrüfatı həm qida təhlükəsizliyi ilə əlaqədardır, həm insanların marağındadır. Həmin məhsullar təkcə Azərbaycan üçün deyil, gələcəkdə Rusiya, Qazaxıstan və digər ölkələrə ixrac da edə biləcəyik.Bir məsələni də nəzərə almaq lazımdır ki, bu gün İran orada iş göstərməyə böyük maraq göstərir. Hamımız bilirik ki, İran bu gün böyük sanksiyalar altındadır və məhdudiyyətlər var. Ona görə də onlar çalışacaqlar ki, bu qonşuluğu, yaxşı münasibətlərdən istifadə etməklə Qaarabağ regionunda işlər görsünlər. Biz də buna hazırıq. Təbii ki, hər iki tərəfin marağı olmaqla bu işlərə təkan veriləcək. İstər tikinti, istər kənd təsərrüfatı olsun, bütün bu işlər İranla birgə aparılacaq. Biznes işlərinin həyata keçirilməsində İran, Türkiyə şirkətləri də çox maraq göstərir. Onların da bir çox layihələri var. Məndə olan məlumata görə,Ukrayna, Rusiyadan olan şirkətlər də maraq göstərirlər. Hətta mənim özümə Hindistanın böyük şirkəti müraciət edib. Şirkətin rəhbəri mənə zəng etdi və dedi ki, orada layihə olsa,xahiş edirəm mənə də məlumat verin, gəlib mən də iştirak edim. Gördüyünüz kimi uzaq Hindistanın kapitalı da burda işləməyə çalışır.

- Xaricdən olan maliyyə dəstəkləri ilə bağlı vəziyyət necədir?

- Asiya Bankı ilə əlaqələrimiz var. Onlar ən aşağı faiz dərəcəsi ilə bizə maliyyə ayıracaqlar. Həmçinin Azərbaycanın özünün qızıl ehtiyatları, ixracatla əlaqəli kifayət qədər gəlirləri var. Bildiyiniz kimi Xəzərlə bağlı keçən il 5 ölkə- Rusiya, İran,Türkmənistan, Qazaxıstan, Azərbaycan sazişə imza atıblar. Və həmin sazişlə Xəzərdən Azərbaycanın payına təxminən 21 faiz düşür. Xəzərin dibində təxminən 6,5 trilyon dollarlıq neft yataqları var. Bunun da 21 faizi Azərbaycanın payındadır. Yəni məlum olan rəqəmi deyirəm. Bəlkə də bundan da çoxdur. Görün indi Azərbaycanın gələcəkdə nə qədər vəsaiti və imkanı olacaq. Bundan başqa Türkmənistanla yaxın gələcəkdə qaz borusunun çəkilməsi barədə fikirlər var. Həmin qaz borusu çəkildikdə biz Türkmənistanla birgə qazımızı Avropaya ixrac edəcəyik. Bu, bu gün bizim 10-15 milyard kub metrdən təxminən 100 milyard kub metrə qədər imkanımızı artıra biləcəyik. Biz Avropanı 100 milyard kub metrə qədər təmin edə bilsək,bu, Avropanın 20 faiz tələbatı deməkdir. Bütün bunlardan əlavə nəqliyyatla bağlı bizim gəlirlərimiz, 3 peykimiz var. Dəmiryolumuz var ki, ordan da qazanc gələcək. İki böyük liman tikilib. Beynəlxalq standartlara uyğun olaraq ordan da gəlirlər əldə olunacaq. Gördüyünz kimi, nə qədə gəlir gətirən sahələrimiz var. Bütün bunlar möhtərəm Prezidentimizin prakmatik siyasətinin əsasında qurulmuş və onun səylərinin nəticəsidir. Məhz buna görə, iyirmiyə yaxın xarici journalist – Ukrayna, Rusiya, Türkiyə və eləcə də ölkə daxilindən olan jurnalistlər mənə sual ünvanlayanda ki, bunun maliyyə dəstəyi və mənbəyi necə olacaq? Mən də cavabımda bildirdim ki, heç kim narahat olmasın, kifayət qədər imkanımız var,lazım olsa, istənilən maliyyəni tapacağıq. Bu gün yüzlərlə xarici şirkətlər maraq göstərir. Mənə gündə bəlkə 3-4 dəfə zənglər gəlir ki, ora nə kimi köməklik lazımdır. Biz gəlməyə hazırıq.

- Qarabağa yatırım etməklə bağlı bu gün xaricdə yaşayan iş adamlarımızın hər hansı təklifləri varmı?

-Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlılar, digər ölkələrin nümayəndələri, vətəndaşları  bu gün kifayət qədər müraciətlər edirlər. Məsələn, bu gün Qazaxıstanda yaşayan azərbaycanlı müraciət etdi ki, mən əhd etmişdim ki, Qarabağ azad olunsun,mən orda öz vəsaitim hesabına bir məscid tikəcəm. Bəlkə də yüzlərlə bu cür insanların müraciətləri var. Bu Azərbaycandan kənarda yaşayan soydşlarımızın ürəkdən gələn arzularıdır. O cümlədən də Azərbaycanın özündə də yüzlərlə insanlar var ki, onların da ürəyində Qarabağla bağlı gerçəkləşdirmək istədiyi arzuları var.

- Azərbaycan bu gün ən gözəl günlərini yaşayır. Allah Cənab Prezidenti,Birinci-vitse Prezidenti və xalqımızı qorusun!

 

Ülviyyə Şahin

Müəllif: Ülviyyə Şahin

Ramanada faciə

Dünən, 17:26 Hadisə