Yarımçıq Rəşad Həsənov-2

İqtisadiyyat

16.08.2020 - 19:00

 – deyə o vurğuladı.

Ekspert Rəşad Həsənov “MM üzvləri isə büdcəmiz kasaddır, hökumətin gücü buna çatır” fikri ilə razı deyil:”Biz deputatların bu barədə mövqeyini bilirik. Azərbaycanın büdcəsi kifayət qədər manevr etmək imkanı olan büdcələrdən biridir. Çünki dünyanın inkişaf etmiş ölkələrində büdcənin səksən, doxsan faizi sosial təyinatlı xərclər olur. Sosial təyinatlı xərclər qorunan xərclərdir. Yerdə qalan istiqamətdə xərc faizinin az olması sosial xərclərə ayırma imkanlarını məhdudlaşdırır. Azərbaycanda isə büdcə təsdiq edilən edilən zaman bu göstərici otuz doqquz faiz idi. Yəni bu o deməkdir ki, büdcənin altmış bir faizinin daxilində manevr imkanları var”.

Ekspertin sözlərinə görə, infrastrukturv xərcləri, eləcə də beynəlxalq tədbilərin təşkili ilə bağlı xərclərin təxirə salınması yolu ilə və bu xərcləri başqa istiqamətə yönəltməklə  həyata keçirmək olar: “Bildiyimiz kimi, beynəlxalq  tədbirlər də keçirilmir. Hər bir dövlət qurumunun, hansı ki, onlarla belə qurumlar mövcuddur. Onlar büdcəsinin formalaşdırılmasında kifayət qədər lazımsız xərc istiqamətləri var və çox rahatlıqla bu vəsaitləri kəsib, digər istiqamətlərə məhz vətəndaşlarən maliyyə dəstəyi, sosial təminatının gücləndirilməsi, müəyyən qədər biznesə dəstək proqramları, eyni zamanda səhiyyə proqramlarının maliyyələşməsinə yönəltmək olardı. Ezamiyyə xərcləri vardır ki, artıq onlar da həyata keçirilmir. Bizim büdcə  manevr imkanı kifayət qədər böyük olan büdcədir. Çünki onun sosial yükü əvvəlcədən çox deyil. Düzdür, müəyyən qədər artırılıb. Büdcənin strukturunda sosial xərclər  2019-cu ildə otuz bir faizdən   otuz səksiz faiz qədər artırılıb. Amma qeyd etdiyim ki, manevr imkanı var”.

“Deputatlar büdcənin xərclənməsinə nəzarəti təkminləşdirsələr, hansı ki, Hesablama Platası Milli Məclisə hesabat verir,onun formalaşdırdığı bir strukturdur. Daha keyfiyyətli, effektiv nəzarət mexanizmi təyin etsələr, Azərbaycanın indiki büdcəsinin daxilində kifayət qədər böyük dəstək proqramlarının həyata keçirilməsi mümkün olar. Yəni həmin istiqamətlərə baxsınlar. AZAL-ın saxlanmasına nə qədər vəsait ayrılır.Yəni lazımsız istiqamətlərə nə qədər vəsait ayrılır, onlara baxsınlar” -deyə o vurğuladı.

Müəllif: Ülviyyə Şahin