“Azeri Light”ın bir bareli 111 dollardan baha satılır
Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,57 dollar artaraq 104,97 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,73 dollar bahalaşaraq 95,71 dollar olub.
Azərbaycan neftinin isə qiyməti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,08 dollar azalaraq 111,24 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.