Dünya bazarında neftin qiyməti ucuzlaşıb
Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,18 dollar azalaraq 92,51 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,09 dollar ucuzlaşaraq 91,23 dollar olub.
Azərbaycan neftinin də qiyməti ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,16 dollar azalaraq 99,14 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir bareli sonuncu dəfə 2014-cü il sentyabrın 18-də 99 dollardan (99,54) baha satılıb.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti fevralın 5-də (99,30) qeydə alınmışdı.