Neft qiymətləri bahalaşmaqda davam edir
Dünyada baş verən hadisələr fonunda birjalarda neft qiymətləri bahalaşıb.
AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,24 dollar artaraq 101,22 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,76 dollar bahalaşaraq 94,57 dollar olub.
Azərbaycan neftinin də qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 5,42 dollar artaraq 106,22 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti ötən gün (100,80) qeydə alınmışdı.