Trans yağların normativ həddi aşağı salınacaq

İqtisadiyyat

29.12.2019 - 16:00

Azərbaycanda trans yağlarla bağlı normativ hədd göstəricisi 8% təşkil edir

 

"Azərbaycanda qida yağlarının tərkibində trans yağların normativ həddinin aşağı salınması məsələsi qanunla tənzimlənməlidir. Çünki hazırda Azərbaycanda trans yağlarla bağlı normativ hədd göstəricisi 8% təşkil edir".

 

AYNA xəbər verir ki, bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib.

 

Q.Təhməzli qeyd edib ki, AQTA Avropa Qida Təhlükəsizliyi Agentliyinin tövsiyələrinə uyğun olaraq Azərbaycanda da trans yağların yuxarı həddinin 2%-ə endirilməsinə çalışır: "Təbii ki, bu məsələ qanunvericilikdə öz əksini tapmalıdır".

 

Qurum rəsmisinin sözlərinə görə, energetik içkilərdə olduğu kimi trans yağlarla müvafiq normativ hüquqi sənədlər işlənilir: "Sənədlər hazır olduqdan sonra Ədliyyə Nazirliyinə təqdim olunacaq. Orada qeydiyyatdan keçdikdən sonra hüquqi qüvvəyə veriləcək". 

Müəllif: Ayna.az