Mərasimdə ölkəmizi bayraqdarlar və 75 hərbi qulluqçudan ibarət heyət təmsil edəcək
Azərbaycan Ordusunun hərbi qulluqçuları mayın 9-da Moskvada Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda iştirak edəcəklər.
Bu barədə AYNA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, təntənəli mərasimdə ölkəmizi Azərbaycan Ordusunun bayraqdarları və 75 hərbi qulluqçudan ibarət heyəti təmsil edəcək.