Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli görüşün vaxtı məlum olub

Xəbərlər

26.06.2024 - 18:38

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli görüş bu ilin sentyabr ayında Tbilisidə baş tutacaq.

AYNA "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan müdafiə nazirinin birinci müavini Paata Patiaşvili bildirib.

Onun sözlərinə görə, görüşdə üçtərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin təşkili və s.məsələlərin müzakirəsi gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş